📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Məsciddəki terror qurbanlarının sayı 59 nəfərə çatdı

2023-01-30 23:44:00

Məsciddəki terror qurbanlarının sayı 59 nəfərə çatdı

Hurriyyet.az xəbər verir ki, “Röyters” informasiya agentliyi bu gün Pakistanda məsciddə terror partlayışına qurban gedənlərin sayının 59 nəfərə çatdığını bildirib.

Polisin verdiyi xəbərə görə, kamikadze terrorçu ölkənin şimal-şərqindəki Peşavar şəhərində yerləşən polis və antiterror xidmətin yerləşdiyi “Qırmızı zona”ya çatmaq üçün təhlükəsizlik qüvvələrinin qurduğu bir neçə barrikadanı aşmalı olub.

Peşavar şəhərinin polis rəisi İcaz Xan agentliyə müsahibəsində 170 nəfər yaralının əksəriyyətinin vəziyyətinin ağır olduğunu söyləyib.

Hürr Tərcüman