📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Məsciddən ayaqqabı oğurlayan şəxs kameralara yaxalandı

2023-05-23 21:45:00

Məsciddən ayaqqabı oğurlayan şəxs kameralara yaxalandı

Türkiyənin Batman vilayətində ayaqqabı oğurlamaq üçün məscidə girən şəxs təhlükəsizlik kameralarına düşüb.
Hurriyyet.Az xəbər verir ki, sözügedən oğurluq hadisəsi Batmanın mərkəzindəki Şafak səmtindəki Oğuzhan İpək məscidində baş verib.
Ayaqqabı oğurluğu ilə bağlı məscidə gələn naməlum şübhəlinin əvvəlcə ətrafı yoxladığı görünür. Daha sonra şübhəli şəxs rəflərdəki iki ayaqqabını çantaya qoyur və hadisə yerini tərk edir.
Həmin anlar məscidin təhlükəsizlik kameralarına anbaan əks olunub.
Məscid rəhbərliyi görüntüləri polisə verib.

Musavat.com