📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Meşə yanğınları ilə bağlı nazirlik əhaliyə çağırış etdi

2021-08-11 14:07:00

Meşə yanğınları ilə bağlı nazirlik əhaliyə çağırış etdi

Qəbələdə mürəkkəb relyefli dağlıq ərazidə meşədə baş verən yanğınla bağlı bütün qüvvələrimiz səfərbər olunaraq yanğının tez bir zamanda söndürülməsi üçün çalışırlar.

Bunu ETSN-in mətbuat katibi İradə İbrahimova bildirib.

Onun sözlərinə görə, hazırda Fövqəladə Hallar Nazirliyinin, rayon icra hakimiyyətinin və yerli kənd camaatının köməyi ilə yanğının digər ərazilərə keçməsinin, genişlənməsinin qarşısının alınması istiqamətində tədbirlər görülür.

Nazirlik rəsmisi vətəndaşlara bir daha yanğın təhlükəsizliyi ilə bağlı çağırış edib:

“Havaların isti keçməsi, insanların təbiət qoynuna üz tutması meşələrdə yanğınların baş vermə ehtimalını artırdığı üçün hər kəsi bir daha yanğın təhlükəsizliyi qaydalarına əməl etməyə çağırırıq. Unutmayaq ki, cüzi ehtiyatsızlıq qarşısıalınmaz yanğınlara səbəb olur, söndürülməsi çox böyük əziyyət və zəhmət tələb edir, flora və faunanın, torpaq qatının məhvi ilə bərabər, dövlətimizin büdcəsinə külli miqdarda ziyan dəyir”.