Meşədə kottec yandı
2023-07-14 22:38:00
Masallı rayonunda 11 saylı meşə dolayının ərazisində ümumi sahəsi 200 m² olan ikimərtəbəli 6 otaqlı taxta konstruksiyalardan ibarət kottec yanıb.
Bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Digər kotteclər və meşə ərazisi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.