Meşədən qadın meyiti tapıldı
2022-01-14 13:06:00
Şabranda meşə ərazisindən qadın meyiti tapılıb. Meyit rayonun Ağalıq kəndində aşkar edilib.
Hurriyyet.az xəbər verir ki, hadisə yerinə hüquq-mühafizə orqanları cəlb edilib. Cəsədin kimliyi müəyyənləşdirilir.
Faktla bağlı Şabran rayon Prokurorluğunda araşdırma aparılır.