Meşələri yandırana edam cəzası verilə bilər – R.T.Ərdoğan
2022-06-24 20:57:00
Hurriyyet.az xəbər verir ki, Türkiyə Prezidenti R.T.Ərdoğan meşəni yandırmaq cinayətinə qarşı ölüm hökmünün tətbiq edilməsi təşəbbüsünü dəstəkləyib.
Bəlli olduğu kimi, Marmarizdə 3 min hektar meşə ərazisini cənginə almış yanğın artıq 3 gündür ki, davam edir.
Ərdoğan deyib: “Sultan Əhməd nə deyir: “Meşələrimdən bir ağac kəsənin boynunu vuraram”. Bu iş o dərəcədə mühümdür. Nəinki bir ağac, bütün meşələri yandırırı, onlarla birlikdə heyvanlar, həşəratlar da yanır. Əgər edam cəzası bunun qarşısını alacaqsa, meşələri yandırmaq üçün ölüm cəzası verilməlidir. Bu məsələ müzakirə edilməlidir”.
Hürr Tərcüman