“Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi qəbul olundu
2024-06-21 12:37:11
Milli Məclisin 2024-cü il 21 iyun tarixində keçirilən növbədənkənar sessiyasının plenar iclasında “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi qəbul olunub.
Qanun layihəsində iki məqam nəzərdə tutulur. Birinci məqam dövlət vəsaiti ilə İşsizliyin Sığorta Fondu hesabına yeni iş yerlərinin yaradılması ilə bağlıdır. İkinci məqam isə peşə təhsilində təqaüdün verilməsini nəzərdə tutur. Bu isə ona imkan verəcək ki, 15 min vətəndaşımız peşə təhsilinə cəlb oluna bilsin.
Ülviyyə, Hurriyyet.az