Məşğulluq Mərkəzindən Şəhid ailələrinə xəstə heyvanlar verilir – VİDEO, FOTO
Xaçmaz rayonu, Cığatay kənd sakini Aslanov Ramazan Xalis oğlu tərəfindən Hurriyyet.az saytının redaskiyasına şikayət məktubu daxil olub. Şikayətçi deyir ki, Xaçmaz rayonunda şəhid ailələrinə verilən mal-qaranın əksəriyyəti xəstədir:
“Mən, Şəhid Aslanov Xalis oğlunun qardaşı Aslanov Ramazan Xalis oğlu, yazaraq sizə bildirirəm ki, bizə və başqa Şəhid ailələrinə verilən heyvanların 90 faizi xəstə olur. Heyvanları gətiririk, biraz keçir ölürlər. Müraciət edirik, gəlirlər baxıb gedirlər.
Məşğulluq Mərkəzində bizə verilən heyvanlar xəstəlikdən öldu və müraciət etdikdə yenidən başqa heyvanlar gətirdilər. “Başqa yerlərə şikayət edəcəyik” dedikdən sonra təzə heyvanlar gətirdilər, bunlar da xəstədirlər. Heyvanların şəklini və video materiaları sizin diqqətinizə çatdırıram.
Sizdən xahiş edirəm, bu məsələni işıqlandırın, biz artıq bezmişik, bacara bilmirik. Xəstə, yararsız heyvanları hardan alırlar bilmirik, gətirib şəhid ailələrinə verirlər”.
Şikayətçinin bizə göndərdiyi video və şəkilləri oxuculara təqdim edirik:




Jalə FAMİLQIZI
Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.