📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Məşhur aktyor evində ölü tapıldı

2022-12-17 20:22:00

Məşhur aktyor evində ölü tapıldı

Azərbaycanlı aktyor Sadiq Əhmədov vəfat edib.

62 yaşlı aktyor ötən gün Bakıda yaşadığı evdə ölü tapılıb.

Tanınmış aktyorun iki gün öncə vəfat etdiyi məlum olub. Mərhum aktyor ötən gün dəfn olunub.

Qeyd edək ki, Sadiq İsa oğlu Əhmədov 1960-cı ildə Şərurda anadan olub. O, “Əlvida, cənub şəhəri”, “Cavid ömrü”, “Qafqaz”, “Məhkumlar”, “Etimad telefonu”, “Səhərə inan...”, ”Dolu” kimi bədii filmlərdə, “Şirəbənzər”, “Arabir görüşməyə kişi axtarıram” və s. tamaşalarda müxtəlif obrazlar yaradıb.

Allah rəhmət eləsin!

Məşhur azərbaycanlı aktyor evində ölü tapıldı 

Qafqazinfo.Az