📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Məşhur aktyor film çəkilişində operatorla rejissoru güllələdi - VİDEO

2021-10-22 11:06:00

Məşhur aktyor film çəkilişində operatorla rejissoru güllələdi - VİDEO

ABŞ-da film çəkilişi zamanı bədbəxt hadisə baş verib.

Hurriyyet.az xarici KİV-ə istinadən xəbər verir ki, buna döyüş səhnəsi çəkilən zaman silahların boş patronlar əvəzinə, səhvən döyüş qabiliyyətli güllələrlə doldurulması səbəb olub. 

Döyüş səhnəsinin çəkilişi zamanı güllələrdən biri filmin operatoru, digəri isə rejissoruna dəyib. Rejissor körpücük sümüyündən yaralanıb, 42 yaşlı operator Qalina Hatçins isə çatdırıldığı xəstəxanada ölüb.

Məlumata görə, aktyor Alek Bolduin filmin çəkilişində iştirak edib və atəşi də məhz o açıb.