📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Məşhur aktyor “omicron” ştammına YOLUXDU

2022-01-04 16:06:00

Məşhur aktyor “omicron” ştammına YOLUXDU

Türkiyənin məşhur kino və teatr aktyoru, 74 yaşlı Erdal Özyağcılar koronavirusa yoluxub.

Hurriyyet.az Modern.az-a istinadən xəbər verir ki, Özyağcılar xəbəri sosial media hesabında paylaşıb:

"Narahat olmayın, peyvənd vurmuşam, heyrətamizəm. Qrip kimi bir şeydir, amma siz yenə də diqqətli olun. Pəyvəndlərinizi vurdurun. Əyləncələrə görə qapalı yerlərdən uzaq durun".

"Xoş gəldin rəssam" adlı teatr tamaşasının önümüzdəki günlərdə nümayişini yada salan aktyor tamaçılara səslənərək deyib: "biletləri ləğv etməyin, 10 gün sonra görüşərik".

Erdal Özyağcıların koronavirusun "omicron" ştammına yoluxduğu deyilir.