Məşhur aktyor VƏFAT ETDİ - FOTO
2023-06-27 21:34:00
Məşhur "Santa Barbara" (1984-1993) serialında Layonel Lokric obrazını canlandıran Britaniya əsilli amerikalı aktyor Nikolas Koster 90 yaşında vəfat edib.
Bu barədə "The Hollywood Reporter" məlumat yayıb.
Koster iyunun 26-da Floridada xəstəxanada dünyasını dəyişib.
O, "Santa Barbara"dan başqa, "Gənc ata" (2016), "Möhtəşəm Hörümçək Adam" (1977-1979) və "Amerika cinayət hekayəsi" (TV serialı, 2016-2021) seriallarında da rol alıb.


AZİNFORM.AZ