📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Məşhur aktyorlar Türkiyəni bu səbəbdən tərk etdi

2024-01-08 22:46:06

Məşhur aktyorlar Türkiyəni bu səbəbdən tərk etdi

Türkiyənin məşhur cütlüyü aktrisa Bergüzar Korel və aktyor həyat yoldaşı Halid Ergenc Türkiyəni tərk edib Londonda birdəfəlik yaşamaq səbəblərini açıqlayıblar.

Aktrisa B.Korel bu addımı oğlanlarının təhsilinə görə atdıqlarını bildirib.

“Oğlumuz Əlinin istədiyi musiqi məktəbi və almaq istədiyi təhsil Londondaydı. Gedib gəlirik tez-tez. Londona daimi köçsək də, Türkiyəyə gəlirik tez-tez. Ölkəmi çox özləyirəm, köklərimi, dostlarımı özləyirəm. Ölkəmi çox sevirəm. Türkiyə mənim ölkəmdir. Buradan heç yerə qaçmamışam” deyə, aktrisa bildirib. \\Tribunainfo.az