📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Məşhur aktyoru çətin vəziyyətə salan ekspert rəyi

2026-08-03 20:14:07

Məşhur aktyoru çətin vəziyyətə salan ekspert rəyi

Türkiyəli aktyor, teatr rejissoru və siyasətçi, Etimesgut Bələdiyyəsinin sədri Erdal Beşikçioğlu korrupsiya istintaqı çərçivəsində hazırlanan ekspert rəyi ilə bağlı ifadə verib. Beşikçioğlu Türkiyədə xüsusilə “Behzat Ç.” serialındakı baş rolu ilə tanınır. O, 2024-cü ildə CHP-dən Etimesgut Bələdiyyə sədri seçilib.

Hurriyyet.Media Türkiyə mediasına istinadən xəbər verir ki, ekspert rəyində əlil və qayğıya ehtiyacı olan vətəndaşlar üçün alınan fərdi qulluq vasitələrinin bələdiyyə anbarına daxil olmadığı, buna baxmayaraq təhvil verilmiş kimi göstərilərək ödəniş edildiyi iddia olunur.

Rəydə 812 min 825 lirə dövlət zərərinin yarandığı, məhsulların isə bazar qiymətindən 10-15 dəfə baha alındığı bildirilir.

Məsələ ilə bağlı ifadə verən Beşikçioğlu tender proseslərində səlahiyyətinin olmadığını və şirkətləri tanımadığını bildirib.

O, ittihamları rədd edərək, “Suçlamalar maddi dəlillərlə dəstəklənməyib”, - deyə qeyd edib.

İstintaq materiallarında həmçinin bələdiyyədə tikinti icazəsi qarşılığında milyonlarla lirə rüşvət tələb edildiyi barədə iddialar da yer alıb.