📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Məşhur aktyorun müəmmalı ölümü

2023-12-27 10:49:06

Məşhur aktyorun müəmmalı ölümü

Hurriyyet.az xəbər verir ki, Cənubi Koreyanın "ən yaxşı film" nominasiyasında "Oskar" mükafatı almış "Parazitlər" (2019) filmində zəngin ailənin atası rolunu oynamış aktyor Li Son Qyun Seulun mərkəzi parkındakı avtomobildə ölmüş vəziyyətdə tapılıb. "Yonhap"agentliyinin informasiyasına görə, bundan əvvəl polisə aktyorun vida məktubu yazaraq evdən getdiyi barəsində məlumat daxil olub. 
Aktyor psixotrop və narkotik maddələr qəbulunda ittihamla istintaqa cəlb olunmuşdu. Bu ittihamlardan sonra aktyor televiziyada və reklamlarda işini itirmişdi. Onun intihar etdiyi güman edilir.
Hürr Tərcüman