📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Məşhur aparıcı canlı yayımda öldü

2022-10-25 23:00:00

Məşhur aparıcı canlı yayımda öldü

Böyük Britaniyalı radio aparıcısı Tim Qof canlı yayımda ölüb.

Hurriyyet.Az  APA-ya istinadən xəbər verir ki, bu barədə "Gen X Radio" radiostansiyası məlumat verib.

Səhər verilişinin 55 yaşlı aparıcısının ölüm səbəbinin infarkt olduğu deyilir.

Qeyd edək ki, Tim Qofun ölümü studiyada deyil onun evində baş verib.

O verilişi evdən idarə edirdi.

Tim Qof 1980-ci ildən radioda çalışıb.