📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Məşhur aparıcı “Xəzər TV”dən ayrıldı

2026-11-16 18:36:48

Məşhur aparıcı “Xəzər TV”dən ayrıldı

"Xəzər Xəbər"in tanınmış aparıcısı Günel Qədimova televiziya kanalı ilə əməkdaşlığını başa vurub.

Aparıcı bu barədə sosial şəbəkə hesabında məlumat verərək qərarın öz təşəbbüsü ilə qəbul edildiyini açıqlayıb.

Günel Qədimova təxminən 15 il çalışdığı telekanalla vidalaşarkən burada keçirdiyi illərin onun üçün xüsusi əhəmiyyət daşıdığını vurğulayıb. O, peşəkar inkişafında "Xəzər TV"nin mühüm rol oynadığını qeyd edib.

"Bu gün 15 ilə yaxındır bir parçası olduğum Xəzər TV-dən öz istəyimlə ayrıldım. Bura mənim üçün sadəcə iş yeri deyil, daha artığı oldu. Sözün əsl mənasında, burada yetişdim deyə bilərəm. "Xəzər Xəbər"in yeri isə məndə həmişə xüsusi qalacaq. Çox gözəl, qarışıq duyğularla iş yoldaşlarımdan ayrıldım. Keçmişə minnətdar, gələcəyə ümidliyəm", - deyə aparıcı paylaşımında yazıb.