📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Məşhur futbolçu öldü

2026-11-27 16:44:28

Məşhur futbolçu öldü

Braziliyalı sabiq futbolçu Juari 67 yaşında dünyasını dəyişib.

Modern.az xarixi KİV-ə istinadən xəbər verir ki, əsl adı Jorge dos Santos Filho olan keçmiş futbolçu noyabrın 26-da Braziliyanın Posos di Kaldas şəhərində vəfat edib. 

Karyerasına “Santos” klubunda başlayan hücumçu burada əfsanəvi Pele ilə birlikdə oynayıb. Onun karyerasının ən parlaq anlarından biri isə 1987-ci ildə “Porto” ilə Çempionlar Kubokunu qazanması olub.