📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Məşhur generalın polkovnik bacısı oğlu işdən çıxarıldı

2021-11-19 12:36:00

Məşhur generalın polkovnik bacısı oğlu işdən çıxarıldı

Naxçıvan Muxtar Respublikası Şahbuz Rayon Polis İdarəsinin rəisi, polis polkovniki Elnur İsmayılov tutduğu vəzifəsindən azad olunub.

Hurriyyet.az Manşet.az-a istinadən xəbər verir ki, bununla bağlı müvafiq əmr imzalanıb.

Qeyd edək ki, Elnur İsmayılov bir müddət bundan əvvəl vəzifəsindən azad olunan Naxçıvan Muxtar Respublikası Daxili İşlər naziri, polis general-leytenantı Fazil Ələkbərovun bacısı oğludur.