📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Məşhur idman geyimləri markası 500 işçini ixtisar edir

2025-03-12 20:19:06

Məşhur idman geyimləri markası 500 işçini ixtisar edir

Alman idman geyimləri istehsalçısı Puma Almaniyada 150-si daxil olmaqla 500 işçini ixtisar etməyi planlaşdırır. 
Bu barədə “Bild” məlumat verir.
Qərar 75 milyon avronun ayrıldığı səmərəliliyin artırılması proqramı ilə bağlıdır.
Puma açıqlamasında heç bir məcburi ixtisarın planlaşdırılmadığını vurğulayıb. İxtisarlara vakant yerləri tutmaqdan imtina, işçilərin təbii aşınması və könüllü işdən çıxma proqramının tətbiqi yolu ilə nail olunacaq.\\Demokrat.az