📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Məşhur ifaçı Rusiyanın xarici agenti imiş

2022-05-07 13:05:00

Məşhur ifaçı Rusiyanın xarici agenti imiş

Rusiyanın qalmaqallı müğənnisi Morqenştern (Alişer Valeev) xarici agent kimi fəaliyyət göstərən ictimai xadimlərin reyestrinə daxil olub.

Hurriyyet.az xəbər verir ki, onun adı mayın 6-da xarici agentlər siyahısında yer alıb.

Yenilənmiş siyahı Rusiya Ədliyyə Nazirliyinin saytında dərc olunub. Bildirilib ki, Morqenştern siyasi fəaliyyətlə məşğul olub və eyni zamanda xaricdən – İsraildən (“Yola Labs Ltd” təşkilatından) və Ukraynadan maliyyə alıb.

Hip-hop sənətçisi narkotiki təbliğ etməkdə günahlandırılıb. O, Rusiya Federasiyasının İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkin Morqenşternin “əslində sosial şəbəkələrdə narkotik alveri ilə məşğul olduğunu” açıqlamasından sonra Rusiyanı tərk edib.

Hip-hop ifaçısının klipləri və əsərləri təhlil edilərək barəsində inzibati iş açılıb. Aprel ayında media Morgensternin İsrail pasportu almağa hazırlaşdığını yazıb.