📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Məşhur milyarder İstanbulda bu addımı ilə GÜNDƏM OLDU

2023-12-21 21:21:13

Məşhur milyarder İstanbulda bu addımı ilə GÜNDƏM OLDU

Rusiyalı milyarder Roman Abramoviç ötən axşam dostları ilə birlikdə İstanbuldakı "Anadolu Hisarı" restoranına gedib.

Hurriyyet.Az Musavat.com-a istinadən xəbər verir ki, göstərilən xidmətdən razı qalan Abramoviç çıxışda verdiyi 175 min TL-lik (10220 AZN) bəxşişlə gündəmə gəlib.

Məlumata görə, Adana kabab sifariş verən iş adamı və dostları uzun müddət söhbət edib. Abramoviç 85 min TL-lik (4964 AZN) hesabı ödəyərkən ofisiantlara 175 min TL-lik bəxşiş qoyub. 

Qeyd edək ki, Rusiya ilə Ukrayna arasında başlayan müharibədən sonra Avropa və ABŞ-ın sanksiyaları ilə üzləşən rusiyalı milyarder İngiltərənin “Çelsi” futbol klubunu satdıqdan sonra bu ölkədən köçüb.