📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Məşhur model balkondan düşərək həyatını İTİRDİ

2025-01-13 22:42:09

Məşhur model balkondan düşərək həyatını İTİRDİ

Avstraliyalı tanınmış DJ və model Courtney Mills, tətil üçün səfər etdiyi İndoneziyanın Bali adasında faciəvi bir qəza nəticəsində dünyasını dəyişdi.

Balinın Kuta sahil bölgəsindəki oteldə qalan Mills, otel balkonundan yıxılaraq ağır xəsarət aldı. Dərhal xəstəxanaya aparılan 37 yaşlı Mills, həkimlərin bütün səylərinə baxmayaraq xilas edilə bilmədi.

Qeyd edək ki, Mills 2023-cü ildə də Bali adasında pilləkəndən yıxılaraq ciddi beyin qanaması keçirmişdi. Onun ölümü pərəstişkarları və dostları arasında dərin kədər doğurub. \\Redaktor.Az