Məşhur müğənni qonşunun itini döydü, sahibini isə təhqir etdi – VİDEO
2022-05-31 00:19:00
Rusiyalı müğənni Lyubov Uspenskaya küçədə qonşunun itini döyüb, onun sahibini isə təhqir edib.
Məlumata görə, ifaçı qızı və ev heyvanı ilə gəzintiyə çıxıb.
Qonşunun iti isə qəfildən onların qarşısına qaçıb və güman ki, Uspenskayanın itilə oynamaq istəyib.
Lakin müğənni dördayaqlının bu davranışını öz heyvanına hücum kimi qiymətləndirib.
Oxu.az