📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Məşhur müğənnidən TƏRBİYƏSİZLİK: Şampanı klub işçisinin başına tökdü - VİDEO

2022-08-01 21:28:00

Məşhur müğənnidən TƏRBİYƏSİZLİK: Şampanı klub işçisinin başına tökdü - VİDEO

Türkiyənin məşhur pop ifaçısı Demet Akalın ötən gün Bodrumda klubların birində çıxış edib.

Hurriyyet.az xəbər verir ki, müğənni çıxışı zamanı etdiyi hərəkətlərlə diqqət çəkib.

Belə ki, Demet ona gətirilən şampanı bəyənməyərək spirtli içkini klub işçisinin başına töküb.

İçkinin limonaddan fərqlənmədiyini bildirən Demet daha yaxşı şampan istəyib.

Bir neçə dəqiqə sonra klub rəhbərliyi tərəfindən müğənninin istəyi yerinə yetirilib.

Daha sonra Akalın şampanı əylənməyə gələnlərin üstünə də töküb, sonra isə butulkanı başına çəkib.

İzləyicilər onun bu hərəkətini tərbiyəsizlik adlandırıblar.

 

(olay.az)