📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Məşhur proqramda maraqlı anlar: Əvvəl atasına zəng vurdu, sonra sevgilisinə evlilik təklifi etdi

2022-09-10 16:27:00

Məşhur proqramda maraqlı anlar: Əvvəl atasına zəng vurdu, sonra sevgilisinə evlilik təklifi etdi

Türkiyədə maraqlı hadisə yaşanıb.

Aktyor Kənan İmirzalıoğlunun təqdimatında "Kim Milyoner Olmak İster” yarışmasında unudulmaz evlilik təklifi edilib. Belə ki, Erol Yılmaz adlı iştirakçı “Trabzona xas bir desertin adı nə idi?” , sualına cavab vermək üçün “joker” haqqından istifadə edib.

O, ardınca sevgilisinin atasına zəng edib. Yılmaz əvvəl atasından qızını istəyib, daha sonra sevgilisi Damlaya evlilik təklifi edib. Bu təklifə təəccüblənən Damla "bəli" cavabını verərək studiyada coşğulu anlara səbəb olub. 5-ci sualda yarışmadan geri çəkilən Erol Yılmaz ən yüksək mükafatı alıb və alqışlarla yola salınıb.

sfera.az