📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Məşhur pul köçürmə sistemi Rusiyada fəaliyyətini dayandırır

2022-03-10 21:48:00

Məşhur pul köçürmə sistemi Rusiyada fəaliyyətini dayandırır

Dünyanın məşhur köçürmə sistemlərindən olan “Western Union” Rusiya və Belarusda faəliyyətini dayandırır.

Bu barədə sistemin məlumatında deyilir.

“Rusiya və Belarusdakı xidmətlərimizlə bağlı düzgün qərar vermək üçün maraqlı tərəflərin geniş dairəsi ilə ətraflı dialoq apardıq. Daxili və xarici amilləri, o cümlədən dəyərli həmkarlarımız, tərəfdaşlarımız və müştərilərimiz üçün təsirləri diqqətlə nəzərdən keçirdik. Yekunda Rusiya və Belarusdakı fəaliyyətimizi dayandırmaq qərarına gəldik”, - məlumatda qeyd olunub. \\Bakupost.az