📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Məşhur qazax sənətçisi güllələndi - FOTO

2022-01-07 23:23:00

Məşhur qazax sənətçisi güllələndi - FOTO

Məşhur qazax kinorejissoru və musiqiçisi Saken Bitayev Almatıdakı iğtişaşlar zamanı öldürülüb.

Bu barədə mərhumun dostu Daniyar Adilbəyov öz “Facebook” səhifəsində yazıb.

Onun sözlərinə görə, reperin qətli yanvarın 7-də avtomobilini əlindən almaq istəyən radikallardan gizlənmək istəyən zaman baş verib. “Kütlə arxadan gəlib qapıları açmağa başlayıb. Talançılar gedən maşının arxasınca atəş açmağa başlayıblar. Bir güllə Sakenin ciyərini deşib”, - Adilbəyov yazıb.

O qeyd edib ki, Bitayevin valideynləri hələ də oğlunun meyitini evə apara bilmirlər, çünki şəhərdə ölümü sənədləşdirmək üçün kifayət qədər polis yoxdur. Bütün təhlükəsizlik qüvvələri etirazların yatırılmasında iştirak edir.

 

Metbuat.az