📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Məşhur şirkətin 4 şəhərdəki anbarı vuruldu - Video

2026-08-24 11:16:42

Məşhur şirkətin 4 şəhərdəki anbarı vuruldu - Video

Ukrayna ordusu bu gecə dronlarla Rusiyanın onlayn ticarət sahəsinin məşhur “Ozon” şirkətinin Adıgeysk, Mahaçqala, Nevinnomıssk və Krasnodar şəhərlərində yerləşən anbarlarına hücum edib.

Hurriyyet.media Rusiya mediasına istinadən xəbər verir ki, hadisə nəticəsində Mahaçqaladakı logistika mərkəzində yanğın baş verib, bir neçə işçi xəsarət alıb.

Krasnodar, Adıgeysk və Nevinnomısskda isə yaralanan olmayıb, obyektə və məhsullara ciddi zərər dəyməyib. 

Hadisə ilə bağlı məlumat yayan şirkət sifarişlərin bir hissəsinin çatdırılmasının təxirə salınacağını bildirib.