📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Məşhur şirkətin Azərbaycan filialı ləğv edilir

2024-04-24 12:59:42

Məşhur şirkətin Azərbaycan filialı ləğv edilir

24 aprel 2024-cü il tarixindən “Deloitte & Touche Regional Consulting Services Limited” şirkətinin Azərbaycan Respublikasındakı filialının könüllü ləğv etmə prosesinə başlayıb. 

Hurriyyet.az xəbər verir ki, kreditorlar tələblərini və onları əsaslandıran sənədləri 28 iyun 2024-ci il tarixinədək AZ1025 Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospekti, ev 25E ünvanına bildirə bilər.

Qeyd edilib ki, “Deloitte & Touche” Məhdud Məsuliyyətli Auditor Cəmiyyəti öz fəaliyyətini davam etdirir.