Məşhur şirkətin külli miqdarda vergi borcu üzə çıxdı - 2 milyon 225 min 156 manat - FOTOFAKT
2023-07-12 21:47:00
"Avro-Asiya İnşaat Korporasiyası "EVRASCON" ASC-nin (keçmiş "Azərkörpü") dövlətə külli miqdarda vergi borcu olduğu üzə çıxıb.
Hurriyyet.Az-ın əldə etiyi məlumata görə, ASC-nin hazırki vergi borcu 2 milyon 225 min156 manat 49 qəpik (2225156.49AZN) təşkil edir.
Nizamnamə kapitalı 377 min 290 AZN olan ASC-nin qanuni təmsilçisi HƏMZƏT İSMİYEV İSMAYIL-ƏFƏNDİYEVİÇ-dir.


Qeyd edək ki, şirkətin əsl sahibi Həmzət İsmiyevin atası İsmayıl Əfəndi İsmiyevdir. İsmayıl Əfəndi İsmiyev Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının rəyasət heyətinin də üzvüdür.

Mənbə: 32gun.az