📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Məşhur tibb professoru Geoff Mitchelldən HESABAT: “Covid-19 peyvəndləri nə təhlükəsiz, nə də effektiv deyil”

2021-09-02 15:46:00

Məşhur tibb professoru Geoff Mitchelldən HESABAT: “Covid-19 peyvəndləri nə təhlükəsiz, nə də effektiv deyil”

Covid-19 peyvəndlərinin effektivliyi ilə bağlı hesabatında, tibb elmləri doktoru  Geoff Mitchell, vaksinlərin "nə təhlükəsiz, nə də təsirli olmadığını" və ən pozitiv  göstəricilərin Covid-19 peyvəndlərinin “uğursuz və effektsiz” olduğunu sübut etdiyini bildirir.

"ABŞ / Qərbi Avropa və Saxaradan Afrikaya qədər ölkələrdə Covid-19 ölüm nisbətlərində dərin və dəyişməz fərq: malyariyaya qarşı dərmanların kəsişən təsiri?" başlıqlı hesabatda Covid-19 peyvəndlərinin alternativ müalicələrlə müqayisədə effektivliyi araşdırılır.

Dr. Mitchell məlumatlara əsasən deyir: "Aktiv peyvənd proqramı olan ölkələrdə, Covidə yoluxmayanların (yəni peyvənd olunanların) daha çox ölüm hadisəsi var". Üstəlik, "əhalisinin daha çox faizi peyvənd edilən ölkələrdə daha çox Covid ölümü var" və "Peyvənd proqramları tətbiq edildikdən sonra vaksinasya ilə birgə Covid ölümləri artdı”, deyə Mitçel əlavə edir.

"On altı ay davam edən Afrika araşdırmasının kuliminasiya nöqtəsi, HCQ (hidroksixloroxin) və IVM-in (ivermektin) ölümü azaltmaqda təxminən 70% təsirli  olmasıdır”, Dr. Mitçel bildirir. O, artemizinin Covid ölümlərinin qarşısının alınmasında 95% efektiv olduğunu göstərir və müalicə üçün bu preparatın dörd ölkədə qəsdən istifadə edildiyini deyir. Covidi artemizin ilə müalicə edən ölkələrdən ən çox tanınanı Madaqaskardır və bu səbəblə bir dəqiqədə baş vermiş 35 ölüm hadisəsi 954-ə endi".

Dr. Mitchell, hesabatında yazır: "21.08.21 tarixində ortaya qoyula bilən heç bir Covid peyvəndi proqramı olmayan 104 ölkə arasında, bu xəstəlikdən ölüm sayı gözlənilmədən bir milyonda 690 ölüm səviyyəsinə düşdü. Ancaq vaksin proqramları təqdim edən 82 ölkə arasında, 08.16.21 tarixində, Covid ölüm sayı bir milyona 828 ölüm təşkil etdi ki, bu da peyvənd edilməmiş ölkələr üçün Covid ölüm nisbətindən daha yüksəkdir. Peyvənd proqramları tətbiq edən 82 ölkədə nəinki peyvənd edilməmiş ölkələrə nisbətən Covid ölüm nisbəti daha çox idi, həm də vaksinlənən sakinlərin sayı və ya faizi artdıqca ölüm sayı artdı".

Bununla yanaşı, dr. Mitchell hesabatda, Covid-19 üçün alternativ müalicələrin istifadəsini, eləcə də Hidroksixoroxin (HCQ) və Ivermektin preparatlarından istifadənin nə qədər effektiv olduğunu araşdırır.

O qeyd edir ki, HCQ preparatı media tərəfindən tənqid olunduğuna görə, "dünyanın hər yerində Covid müalicəsində uğurla istifadə edilməsinə" baxmayaraq ABŞ -da tənqid və qadağan olunub. Mitchell həmçinin hesabatında, "1.8 milyard xəstəni əhatə edən bir metanalizdə, Covid-19 xəstələrinin hidroksixloroxinlə müalicə edilən qrupunun ölüm nisbətinin 69.9% daha aşağı olduğunu" göstərir.

Baxmayarq ki, HCQ (hidroksixloroxin) 220 ildən çoxdur istifadə edilir və malyariya da daxil olmaqla bir çox xəstəliklərdə effektiv müalicə vasitəsidir, ABŞ Xəstəliklərə Nəzarət Mərkəzləri (CDC) və ABŞ hökuməti alternativ müalicə haqqında hər hansı  məlumatı senzuraya məruz qoyublar və peyvənd gündəmini təbliğ edirlər.

Sonda deyək ki, hökumətlərin vaksinasiya təbliğatına sərf etməyən alternativ müalicə yolları kimi məlumatlar "tibbi dezinformasiya" olaraq qəbul edilir, çünki onlar peyvəndlərin effektiv olmadığı və zərər verdiyi barədə göstəricilərə ziddir.

Ülviyyə Şükürova

Hurriyyet.az