📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Məşhur türk serialı final edir

2026-08-11 15:18:19

Məşhur türk serialı final edir

Türkiyədə yayımlanan seriallardan ilk final xəbəri gəlib.

Hurriyyet.Media  bildirir ki, “Doğanın Kanunu” serialı 13-cü bölümü ilə ekran macərasını başa vuracaq.

“Ay Yapım” imzalı layihə “Star TV” kanalında yayımlanır.

Baş rollarını Alperen Duymaz və Özge Yağızın canlandırdığı serialın yay mövsümündən sonra davam etməyəcəyi bildirilir. Layihənin final qərarının əsas səbəblərindən biri kimi reytinqlərdə gözlənilən nəticənin əldə olunmaması göstərilir.

Beləliklə, “Doğanın Kanunu” 13-cü bölümü ilə tamaşaçılara vida edəcək.