📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Məşhur türkiyəli aktrisa vəfat etdi

2024-08-05 19:59:23

Məşhur türkiyəli aktrisa vəfat etdi

Bir müddət əvvəl reanimasiya yerləşdirilən türkiyəli aktrisa Səma Çeyrekbaşı vəfat edib.

Hurriyyet.az “Habertürk”ə istinadən xəbər verir ki, o, 73 yaşında dünyasını dəyişib.

Bildirilib ki, beynindəki laxtalanma nəticəsində iyul ayından reanimasiyada müalicə olunan Çeyrekbaşının həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, sonuncu dəfə “Sandık Kokusu” serialında rol alan aktrisa “Kaybolan Yıllar”, “Kendi Düşen Ağlamaz” kimi ekran işlərində də çəkilib.