📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Məşhur türkiyəli mütəxəssis Mahirin komandasına gətirilir

2023-02-28 19:58:00

Məşhur türkiyəli mütəxəssis Mahirin komandasına gətirilir

Türkiyənin "Konyaspor" klubu yeni baş məşqçiyə həvalə olunacaq.

Super Liqa təmsilçisi bu posta tanınmış türkiyəli mütəxəssis Sərgən Yalçını gətirməyə hazırlaşır. 

"Konyaspor" rəhbərliyi ümidləri doğrultmayan hazırki çalışdırıcı Stanoyeviçlə yaxın vaxtlarda yolları ayırmaq qərarına gəlib. 

Qeyd edək ki, Sərgən Yalçın 2018-ci ildə "Konyaspor"u çalışdırıb. O, son olaraq "Beşiktaş"da işləyib.

Onu da bildirək ki, Azərbaycan millisinin hücumçusu, müqavilə ilə Zaqreb "Dinamo"suna məxsus olan Mahir Emreli də icarə əsasında "Konyaspor"da çıxış edir. \\Offsideplus.az