Məşhur ukraynalı müğənni Rusiya pasportu üçün müraciət edib - KİV
Ukraynalı müğənni Ani Lorak 2024-cü ilin fevralında Rusiya vətəndaşlığı üçün müraciət edib.
Bu barədə "RİA Novosti" müğənniyə yaxın mənbəyə istinadən məlumat yayıb.
Avqustun sonunda Vitali Borodinin rəhbərlik etdiyi "Xalqın çağırışı" ictimai təşkilatı Rusiya Baş Prokurorluğuna müğənni Ani Lorakın "Crocus City Hall"da konsertinin ləğv edilməsi xahişi ilə müraciət göndərib.
Sentyabrın 10-da Borodin öz "Telegram" kanalında ukraynalı müğənni Ani Lorakın Rusiyadakı himayədarlarının adlarını açıqlayacağı ilə hədələyib. O, müğənnini Rusiyaya xəyanəydə ittiham edib və Lorakın pərdə arxasında özünü vətənpərvər adlandırmasından şikayətlənib, lakin onun mövqeyini rəsmi şəkildə açıqlamayıb. Borodinə görə, ulduzun ağzından yalnız "əsassız ifadələr" çıxır.
Bir müddətdən sonra fəal iddialarından əl çəkib və Lorakın xaricdən maliyyələşməsində şübhələnməyin lazım olduğunu vurğulayıb. O, ictimaiyyətin iddiaları təsdiqini tapmadığı üçün ifaçıya verilən bütün sualların silindiyini vurğulayıb. \\Qaynarinfo