📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Məşhur Xalq artistimizin yaşadığı bina söküləcək - SƏBƏB AÇIQLANDI

2022-01-09 00:30:00

Məşhur Xalq artistimizin yaşadığı bina söküləcək - SƏBƏB AÇIQLANDI

Bakı şəhəri, Xətai rayonunda Yusif Səfərov və Afiyəddin Cəlilov küçələrinin kəsişməsində yerləşən çoxmərtəbəli bina söküləcək.

Xətai Rayon İcra Hakimiyyətindən binanın söküləcəyini təsdiqləyiblər.

Bildirilib ki, bina Zəfər abidə kompleksi ilə bağlı görüləcək işlər çərçivəsində, dövlət sifarişi əsasında sökülür.

"Köçürülmə ilə bağlı komissiya yaradılıb, kompensasiyanın məbləği müəyyənləşdirilib. Bina ərazinin ümumi görünüşünə də xələl gətirir”, - deyə RİH-dən bildirilib. Bir sıra tanınmış şəxslərlə bərabər Xalq artisti Mələkxanım Əyyubova da ailəsi ilə birlikdə söküləcək olan binada yaşayır.

 

Mənbə: Manşet.az