Messi: “Elə olsaydı, Səudiyyə Ərəbistanına gedərdim”
2023-06-08 17:37:00
Hurriyyet.az xəbər verir ki, Fransanın “Paris San-Jermen” klubunu tərk edən 35 yaşlı futbol ulduzu Leonel Messi karyerasını ABŞ Futbol Liqasının “İnter Mayami” komandasında davam etdirəcək. Messi deyib: “Barselona”ya qayıtmağı həqiqətən çox istəyirdim. Belə bir arzum vardı. Lakin iki il bundan əvvəl baş verənlərdən sonra gələcəyimi başqalarının ixtiyarına vermək və eyni vəziyyətə düşmək istəmədim. Özümü və ailəmi düşünərək qərar verdim”.
Messi qərar verməyinə maddi məsələlərin təsirinin olmadığını söyləyib: “Məsələ heç vaxt pul olmadı. Elə olsaydı, Səudiyyə Ərəbistanına, yaxud da başqa bir yerə gedərdim”.
Hürr Tərcüman