Messi karyerasını bitirdikdən sonra bu işlə məşğul olacaq
2023-09-22 21:10:06
ABŞ-nin “İnter Mayami” klubunun futbolçusu Lionel Messi ilk dəfə futbolçu karyerasını yekunlaşdırandan sonra hansı peşə ilə məşğul olacağını açıqlayıb.
36 yaşlı hücumçu yutub kanallarından birinə verdiyi müsahibədə səmimi sözlər deyib:
“Futboldan ayrıldıqdan sonra idman direktoru olmaq istəyirəm, amma haradan başlayacağımı bilmirəm. Futbolla bağlı hər şeyi sevirəm. Uşaqlara da bir şey öyrətməyi sevirəm”.
Qeyd edək ki, Messinin MLS təmsilçisi ilə 2025-ci ilədək müqaviləsi var.\\Offsideplus.az