📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Messi, Mbappe, yoxsa Holand? FİFA seçim qarşısında

2023-12-15 07:17:17

Messi, Mbappe, yoxsa Holand? FİFA seçim qarşısında

Hurriyyet.az xəbər verir ki, Beynəlxalq Futbol Federasiyaları Assosiasiyası – FİFA 2023-cü ilin ən yaxşı futbolçusu mükafatına namizədlərin siyahısını açıqlayıb.

FİFA-nın saytında dərc edilmiş məlumata görə, namizədlərin siyahısına “İnter Mayami” klubu ilə Argentina yığmasının hücumçusu Lionel Messinin, “Pari Sen-Jermen” ilə Fransa millisinin forvardı Kilian Mbappe, “Mançester Siti” ilə Norveç komandalarının hücumçusu Erlinq Holandın adları var.

Qalibin adı 2024-cü il yanvarın 15-də Londonda keçiriləcək mərasimdə elan ediləcək. 2022-ci ildə dünyanın ən yaxşı futbolçusu adını Messi qazanıb.

Hürr Tərcüman