📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Messi qol vura bilmədi

2024-06-30 17:08:35

Messi qol vura bilmədi

Argentina millisinin hücumçusu Lionel Messi böyük turnirlərin qrup mərhələsində 14 ildən sonra ilk dəfə qol vura bilməyib.

Hürriyyət.az “OneFootball”a istinadən xəbər verir ki, 37 yaşlı hücumçu Amerika Kubokunun A qrupunda Kanada (2:0) və Çili (1:0) ilə oyunlarda meydana çıxıb.

O, bu qarşılşamaların heç birində rəqib qapılarına yol tapa bilməyib. L.Messi Peru ilə matçda zədə səbəbindən meydana çıxa bilməyib. Buna baxmayaraq onun komandası 2:0 hesablı qələbə qazanıb.

Qeyd edək ki, futbolçu 2010-cu ildə təşkil olunan dünya çempionatından sonra ilk dəfə olaraq böyük turnirin qrup mərhələsində millinin heyətində qol vura bilməyib. Argentina yığması Amerika Kubokunda 1/4 finalda mübarizə aparmaq hüququ qazanıb.