📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Messi və Ronaldo eyni klubda oynayacaq

2023-11-25 19:21:19

Messi və Ronaldo eyni klubda oynayacaq

Messinin “Barselona” ilə vida matçında Ronaldonun da iştirak edəcəyi irəli sürülüb.

Kataloniya təmsilçisi Messi üçün vida matçı təşkil etmək istəyir.

Klub bu xüsusi oyunu gələn il keçirmək istəyir. Vida matçında “Barca Legends XI”in heyətində David Vilya, Ronaldinyo, Sesk Fabreqas, Rivaldo, Romario, Luis Enriqe və sabiq braziliyalı ulduz Ronaldo kimi futbolçuların olacağı gözlənilir.

Məlumata görə, “Əl Nəssr”in ulduz futbolçusu Kriştiano Ronaldo da oyunda iştirak edəcək. \\Offsideplus.az