📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

“Messi və Ronaldu kimi dominantlıq edəcəklərini düşünmürəm”

2022-02-15 20:53:00

“Messi və Ronaldu kimi dominantlıq edəcəklərini düşünmürəm”

"Bayern”in hücumçusu Robert Levandovski Kilian Mbappe və Erlinq Holandla bağlı fikirlərini açıqlayıb.

"Onların istedadı var, bu sözsüzdür. Ancaq kim bilir, bəlkə 2-3 il sonra yeni gənc hücumçular çıxacaq və onlara çatacaq. Mən hətta son 12 ildə kiminsə Messi və Ronaldunun dünya futbolunda etdiyi kimi dominantlığa sahib olacaqlarını təsəvvür belə edə bilmirəm. Onlar mümkün olan bütün titulları qazanıblar və tarixə düşüblər”, - deyə R.Levandovski bildirib.

 

Mənbə: Azxeber.com