📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Messinin Bakıda imzaladığı topu 5 minə satırlar (FOTO)

2024-12-12 22:06:58

Messinin Bakıda imzaladığı topu 5 minə satırlar (FOTO)

Xəbər verdiyimiz kimi, futbol əfsanəsi Lionel Messi və dünya ulduzları Luis Suarez, Serxio Buskets, Xordi Alba ötən gün Bakıda səfərdə olub.

Səfər çərçivəsində ulduz futbolçuların azarkeşlərlə görüşü təşkil edilib.

Bakı Kristal Zalında təşkil olunan mərasimdə futbolçular imzalı toplar hədiyyə ediblər.

Bu toplardan biri isə elan saytında 5 min manata satışa çıxarılıb.

Maraqlıdır ki, elan sonradan deaktiv edilib. Topun satılıb-satılmadığı isə sual olaraq qalır.

 

\\Qafqazinfo.Az