📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Messinin bu ölkəyə girişi qadağan edilə bilər

2024-02-08 19:58:46

Messinin bu ölkəyə girişi qadağan edilə bilər

Leo Messi Çin xalqının qəzəbinə tuş gəlib. 

Argentinalı ulduz "İnter Mayami"nin Yaponiyada keçirdiyi yoldaşlıq oyununda meydana çıxsa da, Honq-Konq şəhərindəki oyunda iştirak etməyib. Çin mətbuatı və siyasətçilər Messinin bu addımının siyasi olduğunu və ölkəni utandırmaq məqsədi güddüyünü açıqlayıb. "Messi bir də Honq-Konqa ayaq basmamalıdır", media qeyd edib.

Leo zədəyə görə Çindəki oyunda ehtiyat heyətdə yer almışdı.

"Ümid edirəm, bir gün buraya qayıdıb, azarkeşlərimiz və Honq-Konqdakı dostlarımız üçün ən yaxşı oyunumuzu sərgiləyərik", Messi deyib. \\Offsideplus.az