📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Messiyə fantastik təklif!

2023-05-13 19:10:00

Messiyə fantastik təklif!

PSJ klubunun argentinalı hücumçusu Lionel Messinin Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubundan aldığı rəsmi təklifin detalları açıqlanıb.

“Əl-Hilal” klubunun Messiyə 600 milyon avro məbləğində təklif irəli sürdüyü bildirilir. Müqavilənin müddəti 2 il üçün nəzərdə tutulub. Məlumata görə, bu, Messiyə gələn yeganə təklifdir. Müqavilənin detallarının Messinin Səudiyyə Ərəbistanına planlaşdırılmamış səfəri zamanı da müzakirə edildiyi vurğulanır.

Digər məlumata görə, 35 yaşlı futbolçu 2024-cü ildə keçiriləcək Amerika Kubokuna qədər qabaqcıl klubda oynamağı planlaşdırır.\\Offsideplus.az