Məsud Pezeşkian prezident seçildikdən sonra Güney Azərbaycanda milli tələblər irəli sürülüb
2024-07-10 10:39:13
Məsud Pezeşkianın İranın yeni prezidenti seçilməsindən sonra Güney Azərbaycanda milli və vətəndaş cəmiyyəti fəalları tələblərini irəli sürüblər.
Qoşaçay (Miandoab) şəhərində güneyli fəallar küçələrdə vərəqələr paylayaraq İran hökuməti tərəfindən siyasi, etnik və iqtisadi ayrı-seçkiliyə məruz qaldıqlarını diqqətə çatdırıblar.
Eləcə də, onlar bölgənin bütün vətəndaşları üçün siyasi sahədə dəyişikliklər və islahatlar, milli maraqların qorunması və iqtisadi şəraitin yaxşılaşdırılmasını istəyiblər.
Ülviyyə, Hurriyyet.az