📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Mətanət İsgəndərli efirdə elə sual verdi ki, Nanə UTANDI - VİDEO

2024-10-21 22:18:26

Mətanət İsgəndərli efirdə elə sual verdi ki, Nanə UTANDI - VİDEO

Əməkdar artist Mətanət İsgəndərli "7 tamam" verilişində qonaq olub.

Hurriyyet.az olay-a istinadən bildirir ki, sənətçi sualı ilə proqramın aparıcısı Nanə Ağamalıyevanı çətin vəziyyətə salıb.

İsgəndərli "İnsana güc, qanad verən onun övladlarıdır. Allah sənə övlad payı qismət eləsin" sözlərindən sonra Ağamalıyevaya "Övladın var?" sualını ünvanlayıb.

Bu anda Nanə "Yoxdur (gülür). Mətanət xanım hələ mən bir ailə qurum sonra övladım olsun" cavabını verib.

Mətanət isə Nanəni qucaqlayaraq "Sənə qurban olum, necə utandın" sözlərini dilə gətirib.