📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Mətanət İsgəndərlinin bacısı evindən oğurluq edən şəxsi tapdı

2026-05-16 17:47:49

Mətanət İsgəndərlinin bacısı evindən oğurluq edən şəxsi tapdı

Əməkdar artist Mətanət İsgəndərlinin müğənni bacısı Sədaqət İsgəndərlinin evi qarət olunub.

Sədaqət evindən oğurluq edən şəxsin tapıldığını deyib. Bu haqda M.İsgəndərli "Qonaqcanlı" proqramında danışıb.

"Sədaqət tapdı" deyə, M.İsgəndərli deyib.

Sədaqət isə "Tapıldı. Bundan sonra daha ehtiyatlı olaq. Arzulamıram kiminsə başına gəlsin" deyə, əlavə edib.

Qeyd edək ki, M.İsgəndərli bacısının evindən 16 min manat oğurlandığını açıqlamışdı./unikal/