📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Metaxe Akopyandan SENSASİON ETİRAF: “Ermənilər Qarabağdan Ermənistana qaçır”

2022-03-24 19:43:00

Metaxe Akopyandan SENSASİON ETİRAF: “Ermənilər Qarabağdan Ermənistana qaçır”

“Qarabağdan ermənilərin  Ermənistana axını haqqında yayılanlar həqiqəti əks etdirmir. Bəli Ağdam və Əsgəranın bir neçə kəndinin əhalisi köçrülüb”. Bu açıqlamanı qondarma rejimin deputatı Metaxe Akopyan deyib.

“ Ağdamın Xramort  və Fərrux kəndində əhali köçrülüb. Həmçinin Xankəndindən İrəvana gedənlər var. Etiraf edirəm ki, Bəzi ermənilər Qarabağdan Ermənistana qaçır. Onların sayı elə də çox deyil.”, – Akopyan bildirib.

P.S. Qeyd edək ki, bu gün ermənilərin “Fakt” qəzeti çoxsaylı erməninin Qarabağdan qaçmasını yazıb. Qəzet iddia edib ki, qaçanlar Araik Aruthunyan və onun komandasının idarəçiliyinə etiraz olaraq Qarabağı tərk edib. \\Alp.az